“Milli Şurada toplananlar nədənsə mənə “Qızıl dana” filmindəki Şurik Balaqanovu xatırladır. Şurik Balaqanova sual verəndə ki, sənə xoşbəxtlik üçün nə qədər lazımdır? Cavabında “üç manat” deyir. Milli Şuraya da xoşbəxtlik üçün üç manat lazımdır. Onların qiyməti üç manatdan artıq deyil. Bunlar da xaricdən aldığı pulla ölkəmizə qarşı fəaliyyət göstərirlər”.
Bunu  Sosil-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
O bildirib ki, Milli Şurada topalaşanlardan xalq yaxşı heç nə gözləyə bilməz:
“Onlar hələ “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşayırlar. Amma başa düşmürlər ki, heç kim onlara heç nə qaytarmayacaq. Xalq yaxasını zorla onların əlindən qurtarıb. İkinci dəfə üzr istəyirəm uzunqulaq da palçığa girmir. Bundan sonra Azərbaycan xalqı heç zaman bunlara inanıb onların arxasınca getməyəcək”, - deyə ASDP sədri bildirib.
O əlavə edib ki, sadəcə onların işi xarici qüvvələrdən pul alıb destruktiv fəaliyyət göstərməklə ölkənin nüfuzuna xələl gətirməkdir.скачать dle 12.1