BakiSesi.com

İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC

Tarix:13-08-2020, 13:46 | Oxunub: 1 628
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Lerik Rayon İcra Hakimiyyəti və İcra Hakimiyyəti başçısının Lerik şəhəri ərazi nümayəndəliyinin elan etdiyi Lerik şəhərində abadlaşdırma işlərinin və avtomobil yollarının əsaslı təmiri işlərinin satınalınması məqsədilə elan olunan açıq tenderlərə yekun vurulub.

“MediaPost” xəbər verir ki, tenderlərin hər ikisinin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya şirkəti olub.

Qalib şirkətə hər iki tender üçün ümumilikdə 947 min 868,9 manat ödəniləcək.

Qeyd edək ki, "Elnur-2" Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.
скачать dle 12.1