"Vladimir Putinin son açıqlaması Azərbaycanın maraqlarına cavab verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Qarabağ münaqişəsi ilə bağlı son fikirlərini şərh edərkən deyib. Politoloq qeyd edib ki, Putinin fikirləri Ermənistana ciddi mesajdır:
 



"Putin deyir ki, Azərbaycanın işğal altındakı torpaqları qaytarılmalıdır. 5 rayonun adını çəkir. Kəlbəcər, Lacın, Şuşa da qaytarılmalıdır. Ermənilərə Azərbaycanın tərkibində hansısa bir muxtariyyət verilə bilər. Ermənilər Rusiyaya, Putinə çox ümid bəsləyirdilər. Putin açıq şəkildə Ermənistana dedi ki, mənə ümid bəsləməyin, Azərbaycanın ərazi bütövlüyünü tanyın”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin "VTB Kapital”ın "Rusiya çağırır!” investisiya forumunun plenar iclasında Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndirib. Qarabağ münaqişəsinin bu həddə qədər gəlib çatmasında SSRİ rəhbərliyini günahlandıran Rusiya prezidenti Vladimir Putin "Azərbaycan bildirir ki, bu 7 rayonun nə etnik münaqişəyə, nə də Ermənistana heç bir aidiyyatı yoxdur, bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan həmçinin deyir ki, bizim bu torpaqları qaytarmağa və Qarabağ problemini həll etməyə haqqımız var. Başa düşürsünüzmü, hər kəsin öz həqiqəti var. Burada asan həll yolu yoxdur, çünki məsələlər çox qarışıqdır", - deyə Putin bildirib.

Bahar Rüstəmliскачать dle 12.1