Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumata əsasən hazırda ölkədə 3 197 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 261 nəfər reanimasiyada, 50 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 33 376 nəfər virusa yoluxub, 29 696 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6 872 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 773 051 test aparılıb.

Qeyd edək ki, bu gün 129 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 421 nəfər sağalıb.скачать dle 12.1