“23-24 iyulda keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarında 60 min şəxsin iştirak etməsi nəzərdə tutulub”.
“Bakı Səsi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi bağlı danışarkən deyib.
DİM sədri qeyd edib ki, karantin rejimi müddətində təxminən 143 min insan üçün imtahan keçirilib: “120 mini öz nəticələrini əldə edib. Bu həftələrdə yerdə qalanların da nəticələri elan olunacaq”.
M.Abbaszadə bildirib ki, növbəti həftə üçün imtahanların keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə alınıb.скачать dle 12.1