Sentyabrın 27-də mənfur Ermənistan Silahlı Qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini, dinc Azərbaycan əhalisini hədəf alaraq, iriçaplı silahlar, müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başladı. Nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Bundan sonra qüdrətli Azərbaycan Ordusu düşmənə öz gücünü göstərməyə başladı. O gündən Silahlı Qüvvələrimiz düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini, döyüş texnikasını aşkar edərək məhv edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, qüvvətli Ordumuzun gücü ilə tarixi ədalət bərpa olunur.
Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpa olunmasında mütəşəkkildir. Xüsusi ilə qeyd etmək lazımdır ki, ölkə gəncliyi, istər cəbhədə misilsiz rəşadəti, istərsə də informasiya müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna fəaliyyət göstərirlər. Bakı Dövlət Universitetinin tələbə-gəncləri də haqq mübarizəsində daima ön sıralarda qərarlaşıblar. Universitetin Filologiya fakültəsinin tələbəsi Ələkbər Həsənov "Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayaraq videoçarx hazırlayıb. BDU-nun tələbə-gəncləri hər an Ali Baş Komandanın, qüdrətli ordumuzun yanında olduqlarını bildirib, cəbhə üçün, qələbə üçün bütün qüvvələrin səfərbər olduğunu qeyd ediblər. Ə.Həsənov layihənin təşkilinə görə Bakı Dövlət Universitetinin  rəhbərliyinə, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinə və Tələbə Gənclər Təşkilatının üzvlərinə təşəkkürünü bildirib.
Qələbə Bizimlədir. Qarabağ Azərbaycandır!
Xatırladaq ki, Tələbə Gənclər Təşkilatının sədri hər zaman öz fəallığı və istedadı ilə seçilən NİCAT İSMAYILOVDUR.Pскачать dle 12.1