Koronavirus pandemiyası bəzi həssas qrupa aid ailələrdə təhsilhaqqının ödənilməsi ilə bağlı narahatlıq yaradıb.
 Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının tələbəsi Rəsmiyə Məmmədova və Mingəçevir Dövlət Universitetinin tələbəsi Nahid Şirinov da belə ailələrin üzvləridir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, əyani təhsil alan bəzi tələbələrin 2020-ci ildə tədris semestrləri və ya yarımilliklər üçün təhsilhaqqını dövlət ödəyəcək.
Qərar 22 minə yaxın tələbəni əhatə edəcək. Bunun böyük bir qismi, yəni 16 mindən çoxu ali təhsil müəssisələrində təhsil alanlardır. 4600 nəfəri orta ixtisas təhsili, 1000 nəfərə yaxını isə peşə təhsili müəssisələrinin tələbələridir.
Karantin müddəti bitdikdən sonra tələbələr lazımi sənədləri təhsil müəssisələrinə təqdim edəcək və buna uyğun qərar qəbul ediləcək. Təhsilhaqqı ödənildikdə isə tələbəyə bununla bağlı SMS göndəriləcək.
Təhsil nazirinin müavini İdris İsayev mövzu ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verib. 
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.azскачать dle 12.1