Ekvadorda insanlıq dramı yaşanmaqda davam edir.
Ölkədə Kovid-19 pandemiyasının mərkəzinə çevrilən Quayaquildə ev və xəstəxanalardan 1424 cəsəd toplanıb.
Dövlət başçısı Lenin Moreno xalqa müraciətində ölkədə görülən qabaqlayıcı tədbirlərdən bəhs edib. Prezident dünyadakı hər ölkə kimi Ekvadorun da pandemiyaya hazır olmadığını dilə gətirib. Bildirib ki, toplanan cəsədlər qaydalara uyğun formada dəfn edilir.
Qeyd edək ki, mart ayının sonunda xəstəxana morqlarının dolması və dəfn xidmətlərinin verilməməsinə görə əhali koronavirusdan ölənləri küçəyə atmağa başlamışdı. Ordunun köməyi ilə şəhərdəki cəsədləri toplamaq üçün xüsusi komissiya qurulub.
17 milyon əhalinin yaşadığı Ekvadorda son rəqəmlərə görə, 858 nəfər infeksiyaya yoluxub, 388 nəfər ölüb./publika.az

© xezerxeber.az
скачать dle 12.1