"Elgizlə izlə" verilişində mübahisə düşüb.
Proqrama qatılan Sevinc adlı qız qayınanasının ona işgəncə verdiyini deyib. O bildirib ki, qayınanası "Yatırdım otaqda, girirdi evə. Hamilə olanda mənə deyirdi soyuducunu sil, iz qaldı, bir də təmizlə" sözlərini deyib.
Verilişdə yer alan vəkil Şəfiqə Nağıyeva qayınanaya haqq qazandıraraq "Higgəlisən, ərköyünsən, iki oğulun bir bacısısan. Qayınanadır, nə olar? Oğulun otağına girirəm, təmizləyirəm. Orada nə var. Ailə üzvüyük. Nə olsun sənə deyir, evi təmizlə. Burada heç nə yoxdur. Gəlin də mənim qızımdır. Ona görə də indi bəziləri boşanır" sözləri ilə etiraz bildirib.
Onun fikirlərinə proqramda yer alan Əməkdar artist Kübra Əliyeva əsəbiləşib. "Olmaz, cavan ailədir. Qayınana niyə girməlidir otağa? Ona deyir, buranı da yaxşı sil, barmaq izni qalıb. Bu nədir? Gəlini öyrətmək, başa salmaq lazımdır" deyə, cavab verib.
Aparıcı Elgiz Əkbər isə vəkilə "Olmaz, bu, qeyri-etikdir. Niyə gəlinin otağına girirsən? Sizi qayınana kimi təsəvvür edirəm" sözlərini söyləyib.
Sonradan bəlli olub ki, Sevincin həyat yoldaşı Ş.Nağıyevanı özünə əvvəlcədən vəkil tutub./Axşam.az
Şəfiqə Nağıyevanın sözləri efirdə dava saldı - VİDEO
28
iyul
22:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat