Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir və Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin tərəfdarıdır.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.
2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuş Bakı şəhərinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi etdiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Bugünkü konfrans da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsi baxımından böyük önəm daşıyır”.
Diqqətə çatdırılıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Təşkilatın səylərini davamlı olaraq dəstəkləyir. Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin gücləndirilməsi olduqca vacibdir.
Prezident İlham Əliyev: Azərbaycan İƏT ilə əlaqələrə xüsusi əhəmiyyət verir
23
noyabr
11:09

Qarabağ
KOMMENTLƏR
Azərbaycan Prezidenti: Ermənilər məscidlərimizi yerlə-yeksan edərək bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər
Prezident İƏT əmək nazirlərinin V konfransının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin açılış mərasimi keçirilir
Prezident İƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib -
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat