Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 10-da Biləcəri qəsəbəsində bir evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Tovuz rayon sakini olan yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.скачать dle 12.1