Türkiyə KİV xəbər verir ki, İbrahim Selimin "Ajaba" proqramına qatılan aktyor şəxsi həyatı və karyerası ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.
Tatlıtuğ "Evlilik sevgini öldürür" sualına isə belə cavab verib:
"Evlilik heç vaxt sevgini öldürmür. Səncə evlilik sevgini öldürə bilər? Evlilik gözəl bir şeydir. Sevginin ömrü elə sevgili olarkən də bitə bilər".
Xatırladaq ki, Kıvanç Tatlıtuğ 2016-cı ildə modelyer Başak Dizer ilə ailə həyatı qurub. Məşhur cütlüyün hazırda iki azyaşlı övladı var.
