Müğənni Sevda Yəhyayeva ikinci qızına verəcəyi adı açıqlayıb.

Sənətçi bu barədə "Maqazin plus" verilişinə danışıb.

O, bir neçə ay sonra dünyaya gələcək qızına "Aida" adını verəcəyini deyib: "Ana olmaq çox gözəl hisslərdir. Düzdür, çox çətindir, asan heç nə yoxdur. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Bu hissləri bütün arzusunda olan xanımlara arzulayıram. İnşallah, qızım sağ-salamat dünyaya gəlsin. Ona Aida adını verəcəyik".

Qeyd edək ki, Sevda Yəhyayeva həkim-genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün bu nikahından Ayla adlı bir qız övladları var.скачать dle 12.1