2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın İran İslam Respublikası ilə ticarət dövriyyəsi 394 milyon 970 min dollar təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2% və ya 12.8 milyon dollar azalıb.
Qeyd edək ki, cari ilin on ayı ərzində Azərbaycandan İrana 12 milyon 280 min, İrandan Azərbaycana isə 382 milyon 690 min dollar dəyərində məhsul ixrac olunub. Beləliklə illik müqayisədə Azərbaycanın İrana ixracı 45.8% və İranın Azərbaycana ixracı isə 0.6% azalıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,04%-i, idxalının isə 2.7%-i İranın payına düşüb.
Əlavə edək ki, İrandan ölkəyə əsasən kənd təsərrüfatı, yeyinti və ərzaq məhsulları, yuyucu vasitələri, tikinti materialları və digər məhsullar idxal edilib.
Azərbaycanla İranın ticarət dövriyyəsi 400 milyon dollara yaxınlaşıb
27
noyabr
14:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat