Azərbaycanda qızılcaya yoluma ilə bağlı son durum açıqlanıb.
Bu barədə TƏBİB-in mətbuat xidmnətindən məlumat verilib.
Bildirilib ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər. Qızılcanın peyvəndlə qarşısı alına bilinən bir xəstəlik olduğunu, 20-ci əsrin 60-cı illərindən başlayaraq sözügedən xəstəliyə qarşı bütün yenidoğulmuşlara peyvənd vurulduğunu, hazırda peyvənd vurulmuş çoxsaylı insan olduğunu və xəstəliyin əsasən ölkə ərazisində yayıldığını nəzərə aldığımız təqdirdə hərhansı bir pandemiyaya çeverilmə halından bəhs edilə bilməz.
Ölkə ərazisində tək-tək qızılcaya yoluxma halları qeydə alınır.
Qızılca xəstəliyi əsasən peyvəndlənməmiş insanlarda ağırlaşmalarla müşahidə oluna bilər. Bununla yanaşı, hər hansı bir səbəbdən immun çatışmazlığı olan uşaqlarda (xüsusən, 5 yaşa qədər) xəstəliyin ağırlaşmaları qeyd olunur.
Hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər.
Azərbaycanda qızılcaya yoluxma ilə bağlı SON DURUM
30
noyabr
17:47

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər