“Nazirlik olaraq 4 il ərzində 100 mindən artıq azərbaycanlı şagirdi innovativ təhsilə cəlb etmişik”.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində keçirilən “Beynəlxalq STEAM Azərbaycan Festivalı - SAF 2023”ün açılış mərasimində bildirib.
“2025 -ci ildə yeni yazılacaq elm və təhsil standartlarında STEAM-ın bəzi hissələrini milli kurikulum elementlərinə çevirmək istəyirik. Yeni standartlarda 3D robotexnika texnologiya fənninin məzmununa daxil ediləcək. Bu həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq.
İnanmaq istədiyimiz budur ki, gələcək nəsil ənənəvi olaraq humanitar və ya texniki hissələrə bölünməklə yox, hərtərəfli inkişaf eləsin. Şagirdləri ayrı-ayrı fənlərə bölmək ənənəvi metoddur. Yeni metod hərtərəfli, bütün fənləri əhatə edən inkişaf modelidir”, - deyə nazir vurğulayıb.
“2025-ci ildə yeni təhsil standartı hazırlanacaq”
04
dekabr
11:04

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər