Müğənni Alişan Türkiyənin gündəmində olan Fatih Terim Fondu ilə bağlı verdiyi açıqlamada oxşar hadisəni yaşadığını bildirib.

Səhnəyə çıxan müğənni jurnalistlərlə söhbət edib. Son zamanlar gündəmdə olan dələduzluqlardan danışan müğənni yaşadığı bir hadisədən danışıb.

"Heç vaxt belə şeylərə pul qoymamışam, amma məni də aldadıblar. Hətta öz həmkarım tərəfindən... Konsert pulumu almadığım vaxtlar çox olub. Daha doğrusu, 7-8 il əvvəl tanınmış müğənni dostum məni aldadıb. Mənim üçün konsert təşkil edib, əvəzimə pulu alıb. Dedi ki, pulunuz məndədir. Mən də göndərirəm". O hadisədən sonra onunla heç vaxt əlaqə saxlamadım".скачать dle 12.1