Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı Göyçay rayon sakinlərindən 3 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.
Ağdaş rayon sakini isə qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polis şöbəsinin əməkdaşlarına təhvil verib.
