"Dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycana əlavə gəlirlər gətirir".
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ilkin qiymətləndirmələr göstərir ki, dünya bazarında neft qiymətinin büdcədə nəzərdə tutlandan 10 ABŞ dolları yüksək olması Azərbaycana 2 milyard manata yaxın vəsaitin daxil olmasına səbəb olur.
"O vəsaitin bir qismi dövlət büdcəsinə, bir qismi də Dövlət Neft Fonduna daxil olur. Bu, dövlət büdcəsindən daha çox vəsaitin sosial istiqamət də daxil olmaqla, müxtəlif istiqamətlərə yönləndirilməsinə imkan verir.
2022 və 2023-cü illərdə dünyada neftin qiymətinin baha olması sosial paketlərin dərinləşməsinə imkan verdi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və milli təhlükəsizliyimizin gücləndirilməsinə daha çox vəsait ayırmaq mümkün oldu. Bu baxımdan, neftin qiymətlərinin artması sosial istiqamətə daha çox vəsait ayırmağa imkan yaradır", deyə deputat əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin dövlıt büdcəsində neftin bir barelinin qiyməti 60 ABŞ dolları dəyərində nəzərə alınıb. Hazırda isə dünyada neft qiyməti 75 ABŞ dolları civarındadır.
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Pensiya və maaşlar…
16
dekabr
10:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat