Meyxanaçı Pərviz Bülbülənin adından saxtakarlığa yol verilib.
Bu barədə meyxanaçı özü  Instagram  səhifəsində məlumat verib.
 O qeyd edib ki, "Facebook" sosial şəbəkəsində adına  saxta səhifələr açılaraq siyasi mövzularda  təbliğat aparılır.
"Mənim "Facebook" sosial şəbəkəsində səhifəm yoxdur.  Orda adıma saxta hesablar açılaraq, siyasi mövzularda statuslar yazırlar. O mən deyiləm, orada yazılanlara inanmayın, hamısı saxtakar adamlardır. Bunu bilin! Mən siyasi mövzulara qarışmıram. "Facebook"  istifadəçisi də deyiləm".
скачать dle 12.1