"35 ildir davam edən münaqişə artıq başa çatıb".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, Azərbaycan qonşusu Ermənistanla uzunmüddətli sülh müqaviləsi bağlamaq üçün heç bir böyük maneə görmür və hesab edir ki, onların sərhədlərinin müəyyənləşdirilməsi məsələsi sülh müqaviləsindən kənar şəkildə həll oluna bilər: "Hazırda Azərbaycanın strategiyası sülhü qazanmaqdır. Bu, hər iki tərəfdən hərəkət tələb edir".
Prezidentinin köməkçisi həmçinin qeyd edib ki, Azərbaycan anklav problemlərini müzakirə etməyə hazırdır: "Lakin sərhədlərin delimitasiyası məsələsi sülh müqaviləsi müzakirələrindən ayrı saxlanılmalıdır".
Hikmət Hacıyev bildirib ki, ermənilərin Qarabağa geri qayıtmaq hüququ hər bir halda müəyyən edilməlidir. Bunun üçün onlar Azərbaycan vətəndaşı olmalıdırlar: "Azərbaycan vətəndaşlığı verildikdən sonra ermənilərin geri qayıtmaq hüququ təmin oluna bilər".
Onun sözlərinə görə, 1988-ci ildən Ermənistanı və ya Ermənistanın nəzarətində olan əraziləri tərk etməyə məcbur olan azərbaycanlılar üçün də qarşılıqlı hüquqlar olmalıdır.
Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Prezidentin köməkçisi AÇIQLADI
20
dekabr
12:26

Qarabağ
KOMMENTLƏR
"Nisbi sülh təmin olundu" - Hikmət Hacıyev
"Top Ermənistanın qapısındadır" - Prezidentin köməkçisi
Hikmət Hacıyevdən sülh müqaviləsi ilə bağlı mühüm AÇIQLAMA: Sənədin 70 faizi...
Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşdü - YENİLƏNİB
Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşdü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat