Hindistanın Uttar Pradeş əyalətində qandonduran cinayət hadisəsi qeydə alınıb. 
Xarici KİV xəbər verir ki, 52 yaşlı kişi səhər yeməyinə tezdən çay hazırlamadığı üçün arvadını əvvəlcə bıçaqla öldürüb, sonra isə qılıncla başını kəsib.
Belə ki, Dharamveer adlı kişi arvadından çay istəyib. Qadın ona çayın hələ hazır olmadığını deyəndə kişi buna əsəbiləşib. O, mətbəxə gedərək arvadını təpikləyib. Daha sonra onu bir neçə bıçaq zərbəsi ilə öldürüb. Dharamveer evdə tapdığı qılıncla arvadının başını kəsib.
Hadisə zamanı cütlüyün dörd övladı evdə olub.  Cinayətdən sonra kişi saxlanılıb və barəsində cinayət işi açılıb. 
  • Çayı gec dəmləyən arvadının başını qılıncla kəsdi - FOTO
  • Çayı gec dəmləyən arvadının başını qılıncla kəsdi - FOTO










скачать dle 12.1