Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunur, kişi hərbçilərlə bərabərləşdirilir.
Bu barədə məsələ Milli Məclisə bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.
Qüvvədə olan qanuna əsasən, hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50-dir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur
22
dekabr
12:02

Qarabağ
KOMMENTLƏR
Hərbi xidmətdə son yaş həddi dəyişir
Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunur, kişi hərbçilərlə bərabərləşdirilir
Hərbçilərin pensiya təminatı ilə bağlı layihəyə parlamentin plenar iclasında baxılacaq - YENİLƏNİB
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Müddətli həqiqi hərbi xidmətdə olanların uşaqlarına da sosial müavinət veriləcək
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi