Abşeronda avtomobillərdən oğurluq edilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Xırdalan şəhəri və Masazır qəsəbələri ərazisində “Toyota”, “Ford” və “QAZ-31” markalı avtomobillərdən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Yusifov, S.Əliyev, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar Yevlax rayon sakini M.Atakişiyev və Bakı şəhər sakini Ə.Mövsümov saxlanılıblar.
Araşdırma aparılır.
скачать dle 12.1