Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının işğaldan azad edilən, Ağdamda yerləşən məzarını ziyarət ediblər.
A.Bağırovun hər iki qızı Dövlət Sərhəd Xidmətinin zabitləridir.
DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova deyib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir: “Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək bu gün fəxrlə Dövlət Sərhəd Xidmətinin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbayca Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.
A.Bağırovun digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova bildirib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə 6 yaşında ziyarət etdiyi atasının məzarı önündədir: “Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.
Modern.az xatırladır ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmamışdı.
Qızları Ağdamda Allahverdi Bağırovun məzarı başında - VİDEO
27
noyabr
11:07

Qarabağ
KOMMENTLƏR
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
“Ağdam alınsın - təbii ki, ilk arzum qardaşımın məzarını ziyarət etməkdir...”
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat