"Azərbaycan və Ermənistan arasında yeni sərhəd hələ müəyyən olunmayıb. Sərhədin tam müəyyənləşdirilməsi üçün dövlətlər arasında razılaşma olmalıdır. Belə bir razılaşma olmadığından ermənilərin sərhədi bir metr də belə olsa. dəyişmək ehtimalı və istəyi hər zaman ola bilər".
Bu sözləri Ermənistan və Azərbaycan arasında sərhədin bərpa olunması haqqında danışarkən Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun üzvü Əvəz Həsənov Modern.az-a açıqlamasında deyib:
"Azərbaycan tez bir zamanda nəzarətə götürdüyü sərhəd bölgəsinin ərazisini müəyyən etməlidir. Sərhədi pozmağa ermənilər onsuz da cəhd edəcəklər. Görsələr ki, boş ərazidir, Azərbaycan hələ sərhəddi bağlamayıb, pozmağa cəhd edəcəklər. Buna görə də dövlətimiz bu məsələni tələsdirməlidir. Əgər sərhəd pozuntusu olacaqsa, bunun qarşısını bizim əsgərlərimiz, sərhədçilərimiz almalıdır. Danışılmalıdır ki, ermənilər bu xülyaya düşməsinlər. Bizim məqsədimiz odur ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərlə münasibətləri normallaşdıraq. Onları Azərbaycanda yaşayışa inandırıb, ram edə bilək".
Ə.Həsənov qeyd edib ki, sərhəddə rus sülhməramlıları olmasına baxmayaraq, ermənilər bizim sərhəddədirlər yəni nəzarətimiz altındadırlar:
"Biz ermənilərə sərhəddə, keçid məntəqəsində də nəzarəti gücləndirə bilsək, onlar artıq pozuntu edə bilməyəcəklər. Ermənistan özü bizə müharibə elan edə bilər, amma bu vəziyyətdə çox da inandırıcı görünmür. Bu vəziyyətdə artıq Qarabağ olmayacaq. İndiki zamanda ermənilərin belə bir addım atması real görünmür. Gələcəkdə bəlkə də nə vaxtsa belə bir addım ata bilərlər, ancaq indi mümkünsüzdür".
Qeyd edək ki, Ermənistan Kəlbəcər rayonunda artıq belə bir təxibata əl atıb. İşğalçılar Kəlbəcəri tərk edərkən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya edilməməsindən istifadə edərək, Zod qızıl yatağı ərazisindən öndə böyük darvaza yerləşdiriblər. Düşmənin məqsədi azərbaycanlı hərbçilərin Zod qızıl yatağı ərazisinə daxil olmasını əngəlləmək və o yeri özününküləşdirmək olub. Bu, dövlət sərhədinin Kəlbəcərdən keçən hissəsinin təxminən 1,5 km irəli çəkilməsi demək idi.
Ancaq Azərbaycan hərbçiləri Zod yatağına gedən yolda qoyulmuş darvazanı açaraq, köhnə dövlət sərhədinə doğru irəliləyib. Əsgərlərimiz ermənilərdən bizə məxsus ərazini - Zod yatağını boşaltmağı tələb ediblər. Burada isə mübahisə düşüb. Hazırda mübahisə Rusiya sülhməramlılarının iştirakı ilə araşdırılır.
Azad olunmuş ərazilərdə dövlət sərhədi təcili müəyyənləşməlidir, əks halda...
27
noyabr
11:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat