Azərbaycanın COP-29-a, Braziliyanın COP-30-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir.

Bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimat mərasimində deyib.

O bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın məqsədlərinə çatmağında böyük təşviqatçı rol oynayacaq: "COP çərçivəsində Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 dərəcədə saxlamaqla bağlı üçlü rol oynayacaqlar".скачать dle 12.1