Dekabrın 25-də saat 20:05-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşları − 2001-ci il təvəllüdlü Ali Sajjad Muhammad Amin, 1991-ci il təvəllüdlü Mir Muhammad Khan Nadar və 1995-ci il təvəllüdlü Khan Rabani Muhammad Ashıq saxlanılıb.
DSX-nın Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 12.1