Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində hazırda 8 nəfəri insan alveri qurbanı, 2 nəfəri isə potensial insan alveri qurbanı olan 10 zərərçəkmiş şəxsə göstərilən xidmətlər davam edir.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, ötən il 52-si insan alveri qurbanı, 32-si potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olan 84 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin kateqoriyadan olan şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilir və həyata keçirilir. Onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi sahəsində işlər aparılır.скачать dle 12.1