Sosial şəbəkələrdə "BakuBus"ın sürücüsünün avtobusu saxlayaraq namaz qıldığı görüntülər yayılıb.
İddia edilir ki, sürücü sərnişinləri gözlədərək ibadətini yerinə yetirib.
Məsələni aydınlaşdırmaq məqsədilə "BakuBus"la əlaqə saxladıq.
Qurumun mətbuat katibi Əsmər Əliyeva açıqlamasında bildirdi ki, hadisə avtobusun sonuncu dayanacağında baş verib və intervala təsiri olmayıb:
"Daxil olmuş video görüntü əsasında daxili araşdırma aparıldı. Görüntü, "BakuBus"ın istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəq) ibadətini yerinə yetirmişdir. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmamışdır".
"BakuBus"ın sürücüsünün namaz qılması ilə bağlı AÇIQLAMA
27
dekabr
15:30

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər