Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Elçin Məmmədov 63 yaşında vəfat edib. Bu barədə APA-ya Universitetdən xəbər verilib. Qeyd edilib ki, Elçin Məmmədov 1982-ci ildə AzTU-nun radioaparatların texnoloq-konstruktor mühəndisliyi ixtisasını bitirib. O, 1988-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. скачать dle 12.1