"Məşhur öz tamaşaçısından gözəl mənada fərqlənməlidir. Sən səhnədə əfsanə, əlçatmaz bir obraz yaradırsan. Sənin niyyətin obrazı yaratmaqdır, sənə baxan gözlərin, deyilən sözlərin niyyəti nədirsə özü bilir. 23 ildir müxtəlif sözlər eşidirəm. Bu, tanınmışlığın bir aqibətidir. Tanınırsansa və arxanca danışırlarsa, bu, yaxşı bir şeydir. Sən öndəsən və arxanca danışırlar".

Bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Özəl" verilişində qonaq olarkən deyib. Müğənni ilk dəfə açıq-saçıq geyimlərini tənqid edənlərə cavab verib:

"Baxır, mənim haqqımda tənqidi kim deyir. Tənqidi musiqişünas, geyimdən başı çıxan etməlidir. Qalan hər şeyi bir torbaya toplayıb deyirəm ki, bu insanları tanımıram. Mənim üçün vacibdir ki, sözü kim deyir. Gənc haqqında danışanda sevinir ki, Tünzalə Ağayeva haqqımda nəsə deyir. Mənə də haqqımda kimin nə dediyi vacibdir. Söhbət internetdən gedirsə, bir adam oturub yüz hesabdan yazır. Varlıqlarından xəbərim olmayanların nəsə deməsi əhəmiyyətli deyil.

O ki qaldı sənət adamlarının söz deməsinə... Adekvat müğənni adekvat söz deyəcək. Başqasını isə həmkar hesab etmirəm. Mənim adıma sayqı duymayan kanalı, verilişi, aparıcını tanımıram".скачать dle 12.1