Dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub. 
DİN xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
скачать dle 12.1