Ovçular vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatları, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verməlidirlər.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
“Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən, ovçuluq təsərrüfatları da vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verməlidir.
скачать dle 12.1