Bu gün müğənni Sevda Yahyayevanın ad günüdür.
Həyat yoldaşı Zakir Bayramov ifaçı ilə bağlı paylaşım edib.
O, yayımladığı videoya "Səhər yuxudan oyandığımda, dualarımın ilk cümləsində sənsən. Sonra isə uşaqlarımız, ailəmiz. Allaha şükür edirəm ki, həyatımı rəngarəng edən sənin kimi həyat yoldaşım, dostum var. Qoy hər zaman balalarımla sənin üzünü güldürək, bir yerdə sevilək. İndiki kimi. Ad günün mübarək" sözlərini yazıb.
Qeyd edək ki, Sevda və Zakir cütlüyünün bir qız övladı var. İfaçı hazırda ikinci övladına hamilədir.

скачать dle 12.1