Sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.
"Bu hadisə mədəniyyət müəssisəsinin binasına ziyan vurmayıb", - sorğuya cavabda qeyd olunub.
Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib.
