“Sumqayıt” QTM-dən ayrılan “Şəhər-4” orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 29.12.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldərə yaşayış massivi, Sumqayıt-Novxanı şosesi ilə üzbəüz ərazilər, Saray, Novxanı və Corat bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlar) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
скачать dle 12.1