Ucarda azyaşlını maşın vurub.

Hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb. Rayonun Bərgüşad kənd sakini, 1995-ci il təvəllüdlü Aydın İsmayıl oğlu Müslümzadənin idarə etdiyi "VAZ 2107" markalı minik maşını Ucar şəhəri 4 nömrəli orta məktəbin şagirdi, 2016-cı il təvəllüdlü Məryəm Teymur qızı Nurizadəni vurub.

Azyaşlı ağır xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi yardımdan sonra M. Nurizadə Göyçay xəstəxanasına göndərilib. Fakt araşdırılır.скачать dle 12.1