Azərbaycanda 2023-cü ildə təşkil olunan beynəlxalq idman tədbirlərinın sayı açıqlanıb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bu il 318 ölkə miqyaslı, 91 beynəlxalq miqyaslı yarış keçirilib. 630 beynəlxalq turnirdə milli komandaların iştirakı təmin olunub.
Azərbaycan il ərzində 3 dünya çempionatına ev sahibliyi edib. Bakıda taekvondo, atıcılıq və hərbçilər arasında güləş üzrə dünya çempionatları təşkil edilib. Həmçinin kişi və qadın idman gimnastikası, eləcə də bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” üzrə Azərbaycan Qran-Prisi, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, şahmat üzrə Dünya Kuboku, MMA üzrə “Landmark 7” beynəlxalq “Rizin” turniri kimi yarışlar ölkəmizdə təşkil olunub.
Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı, Beynəlxalq Avtomobil Federasiyası – FIA Baş Assambleyası və Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony), Avropa Badminton Konfederasiyasının Konqresi, Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası və digər mühüm tədbirlər də Bakıda keçirilib.
Həmçinin idman növləri üzrə milli komandalar 12 gündən az olmayaraq, 399 təlim-məşq toplanışında iştirak ediblər.
Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib
29
dekabr
17:07

Qarabağ
KOMMENTLƏR
Prezident və xanımı dünya çempionatının açılış mərasimində iştirak edib - YENİLƏNİB
Bakıda keçiriləcək dünya çempionatının vaxtı məlum oldu
Bədii gimnastika üzrə beynəlxalq yarışda Azərbaycan komandası 26 medal qazanıb - FOTO
Yeni gənclər və idman naziri kimdir? - DOSYE
Bakı Dünya Kubokuna ev sahibliyi edəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat