Gürcüstan Azərbaycan və Ermənistan arasında aktiv vasitəçilik səylərini davam etdirir.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında deyib.
Zurab Pataradze regionda sülhün birdəfəlik təsis edilməsi üçün Gürcüstanın müxtəlif dövlət qurumlarının nümayəndələrinin, ilk növbədə Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə vasitəçiliyin davam etdiriləcəyini, bu baxımdan gələn ilin çox maraqlı olacağını qeyd edib.
Əlavə edib ki, bu gün keçirilən komitə dinləməsində Baş nazir İrakli Qaribaşvilinin “Dinc Qonşuluq Təşəbbüsü”nə dəfələrlə toxunulub:
“Mən əminəm ki, hökumətimizin və böyük komandamızın dəstəyi ilə biz nəticəyə nail olacağıq”.
Pataradze əlavə edib ki, Baş nazir İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında minalanmış ərazilərin və saxlanılmış ermənilərin mübadiləsinə dair razılaşmanın əldə edilməsi Gürcüstanın vasitəçiliyinin ilk mərhələsi olub. Bundan sonra üç ölkənin xarici işlər nazirləri Tbilisidə görüşüblər. Nəhayət “Tbilisi İpək Yolu Forumu”nda iştirak məqsədilə Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisiyə səfər ediblər və bu zaman Gürcüstan tərəfinin bu istiqamətdə dialoqu davam etdirmək imkanı olub.
“Bu proseslərin davam etdirilməsi düşünürəm ki, çox vacibdir. Gələn il çox vacib dəyişikliklər olacaq və siz bütün bu proseslərə şahid olacaqsınız”.скачать dle 12.1