Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -614-1 maddəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir.
Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir
30
dekabr
12:16

Qarabağ
KOMMENTLƏR
Şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yayan hərbçilər üçün inzibati cəza müəyyənləşir
Şəxsi heyət və hərbi texnikanın hərəkəti və dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir
Şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir
Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikanın hərəkəti dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir
Hərbi xidmətdə son yaş həddi dəyişir
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....