Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə “Azəriqaz”dan məlumat verilib.
“Azəriqaz” bonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər: “Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları dekabrın 31-dən yanvarın 6-də saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası və Xəzər xidmət sahəsində xidmət göstərəcəklər”.
Bildirilir ki, həmçinin yanvarın 3-4-də saat 10:00-dan 16:00-dək Sabunçu, dekabrın 31-dən yanvarın 5-də saat 10:00-dan 14:00-dək Qaradağ xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart-kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməliyyatların icrası təmin ediləcək.
Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsinin, 104/185 Çağrı Mərkəzinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə qaz təchizatı ilə bağlı baş verəcək qəzalar, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.
Qeyd edək ki, bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaq.
"Azəriqaz" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
30
dekabr
15:25

Qarabağ
KOMMENTLƏR
Bayram günlərində texniki baxışdan keçmək istəyənlərin NƏZƏRİNƏ
DYP-nin müayinə mərkəzləri bayramda gücləndirilmiş rejimdə işləyəcək
“Azəriqaz” bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
“Azərbaycan Dəmir Yolları” bayramda gücləndirilmiş iş rejimində çalışacaq
Bayram günlərində Bakı-Gəncə-Bakı qatarlarından istifadə edəcək şəxslərin NƏZƏRİNƏ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat