Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzası Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
“Report”un xəbərinə görə, imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.
16:16
Növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzası Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
“Report”un xəbərinə görə, Seçki Məcəlləsində göstərilən imzalarla birlikdə namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq MSK-ya təqdim edilib.
Xatırladaq ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyevin, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimovun, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkərimovun, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərovun namizədliyinin irəli sürülməsi təsdiq edilib.
Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
İki siyasətçi seçici imzalarını MSK-ya təqdim edib - YENİLƏNİB
02
yanvar
17:34

Qarabağ
KOMMENTLƏR
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatır
MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb
MSK imza vərəqələrinin yoxlanılmasına başladı
YAP seçicilərin imza vərəqələrini MSK-ya təqdim etdi
Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqləndi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat