Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir.

Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunduğundan, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yola çıxarkən diqqətli olmağa, xüsusilə sürücüləri yol və meteoroloji şəraiti nəzərə almağa, sürət həddini minimuma endirməyə, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağa, təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.скачать dle 12.1