Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən aprelin 17-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
"Gecə və səhər saatlarında daha çox müşahidə olunan dumanlı hava digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb edilir", - məlumatda qeyd olunub.
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
17
aprel
11:36

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər