Müğənni Nadir Qafarzadə vəfat edən Əməkdar artist Gülbahar Şükürlü ilə bağlı paylaşım edib.,
O şəxsi instaqram hesabında Şükürlü ilə fotosunu paylaşaraq onn ölümünə görə dərin kədər hissi keçirdiyini bildirib:
"Mənə söz vermişdin ki, ölməyə hazırlaşmıram. Nə oldu? Çox heyif səndən... Bir tərəfdən canın qurtardı. Yaman zillətdə idin. Bunun mən də, doğmaların da yaxşı bilirdik".
Məlumat üçün bildirək ki, Gülbahar Şükürlü uzun sürən xərçəng xəstəliyindən sonra ötən gün dünyasını dəyişib. Əməkdar artistlə vida mərasimi onun Buzovna qəsəbəsindəki evində keçirilib.
Vidadan sonra Gülbahar Şükürlü İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.







скачать dle 12.1