Əməkdar artist Mətanət İsgəndərli ilə aparıcı Elgiz Əkbər arasında qalmaqal yaşanıb. 
Müğənni “Gündən-günə” verilişində qonaq olarkən ad çəkmədən aparıcının ünvanına sərt fikirlər səsləndirib:
“Çox sənətçi verilişlərə çıxmaq istəmir. Haqlıdırlar. Mən də onlara qoşulmuşam. Elə proqramlar var ki, getməyinə peşman olursan. Əgər bir sənətçi dəvətini qəbul edirsə, deməli səni sayır. Əziyyət çəkir, tezdən oyanır, hazırlaşır, bəzənir. Qızıl vaxtını ayırır. 
Dəfələrlə çağırır, nəhayət qəbul edirsən. Utanırsan, deyirsən nə vaxtdır çağırır. Verilişinə də sənə görə gəlirəm ki, pis vəziyyətdə qalmayasan. Xəstə-xəstə gəlmişəm, deyə bilərdim ki, səsim batıb. Amma səni fikirləşdim ki, canlı yayımdır, kimi tapa bilərsən? Sən məni arxadan bıçaqla vurursan, hiylə işlədirsən, tələ qurursan. Fikirləşmə ki, öz məqsədin üçün mənə tələ qurdun. məni aldatdın. Yadında saxla, kiminsə bədbəxtliyinin üstündə xeyir tapa bilməzsən. On qat çox pislik qarşına çıxacaq”.
Xatırladaq ki, İsgəndərli “Elgizlə izlə” proqramında qonaq olarkən jurnalist Anar Vəziroğlu onun keçmiş gəlini Canana ilə qalmaqalından söz açmışdı.


скачать dle 12.1