Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var.
Hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər Şamaxı rayon sakinləri sürücü - Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimova müxlətif dərəcəli bədən xəsarətləri alıblar. 
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1