Əhali estrada ulduzunu izdihamla qarşılayıb. Bu gün baş tutan görüşdə zalda yer qalmadığı üçün əlavə stullar yerləşdirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda tədbir “Səma” rəqs kollektivinin müşayiətilə Xalq artistinin ifasında “Qələbə” mahnısı ilə sona çatıb və xatirə şəkilləri çəkdirilib.
R. Ayxanı izdiham zaldan çıxandan sonra da izləyib, insanlar onunla şəkil çəkdirmək üçün növbəyə girib. Hətta ulduz avtomobilinə minməkdə çətinlik çəkib.






