Bakı şəhərinin Nərimanov rayonunda rabitə naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Gözəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.скачать dle 12.1